Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 800 mini ötüb

10.12.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1 dekabr 2024-cü il tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 5,2% artaraq 800,9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 13,9% artaraq 52 min təşkil edib.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, cari ilin dekabr ayının 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,5% artıb və 215,7 min olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью