Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 800 mini ötüb

10.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il dekabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı 800,9 min təşkil edib.

"Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə 5,2 % çoxdur.

İl ərzində aktiv ƏDV ödəyicilərinin sayı isə 13,9 % artaraq 52 minə çatıb. Dekabrın 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,5 % artaraq 215,7 min olub.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью