Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 1 % dən çox artıb

07.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu ilin mayın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 816,7 min təşkil edib.

"Cebheinfo.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 1,2 % çoxdur.

Yanvar-aprel aylarında aktiv ƏDV ödəyicilərinin sayı 3,8 % artaraq 54,8 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 2,6 % artaraq 223,1 min olub.

"Cebheinfo.az"
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью