“Azərbaycanda ali təhsil müəssisələri artıq distant təhsil fəaliyyətinə başlamalıdır Təhsil eksperti

20.10.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanda ali təhsil müəssisələri artıq distant təhsil fəaliyyətinə başlamalıdır. Beynəlxalq təcrübəyə baxsaq, inkişaf etmiş ölkələrdə və Türkiyənin Anadolu Universitetində milyonlarla tələbə distant təhsil alır və bu, universitetə böyük maddi qazanc gətirir. Bizdə də bəzi universitetlərdə distant təhsil formasını tətbiq etmək olar”.

Bunu təhsil eksperti Ramin Nurəliyev 525.az-a deyib. Ekspert bildirib ki, əyani təhsil nəzəri və praktiki biliklərin mənimsənilməsində üstün rol oynasa da, praktiki biliklərin o qədər də böyük əhəmiyyət kəsb etmədiyi ixtisaslarda distant təhsili rahatlıqla tətbiq etmək mümkündür:

“Məsələn, pedaqoji, sosial, psixologiya, kompüter yönümlü ixtisaslar, mühasibatlıq və turizm kimi sahələrdə uzaqdan təhsil tətbiq edilə bilər. Hüquq və mühəndislik kimi praktiki biliklər tələb edən ixtisaslarda isə bu bir qədər çətindir".

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью