Azərbaycanda alim ölüb FOTO

27.05.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Azərbaycanda dosent ölüb.

Ölkə.Az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının dosenti Natiq Əhmədov uzunsürən xəstəlikdən sonra vəfat edib. 

Natiq Əhmədov 1960-cı ildə Bakıda anadan olub.  1986-cı ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.  

2020-ci ildən Sənaye istehsalının planlaşdırılması və idarə edilməsinin təşkilinin iqtisadiyyatı kafedrasında (indiki İqtisadiyyat və statistika kafedrası) fəaliyyətini davam etdirib.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью