Azərbaycanda aliment ödəməyən qadınların sayı AÇIQLANDI

04.02.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ildə yerli icra qurumlarının icraatında 142 minədək aliment işi olub.

Modern.az Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ötən il 47 minədək iş üzrə müəyyən gecikmələrlə aliment ödənilib:

“6300-dək iş üzrə aliment ödənilməyib. 4299 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 2344 şəxs inzibati qaydada həbs edilib, digərləri barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib. 

Eləcə də, haqqında cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı təqdimat verilmiş 235 şəxs barəsində Ədliyyə Nazirliyinin İstintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

İcraatda olan aliment işlərindən 2700-ə yaxını üzrə borclu şəxs qadınlar olub”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi görə təqsirli bilinən şəxslər

2 000 manatdan 5 000 manatadək cərimə, iki ilədək islah işləri, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki

ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью