Azərbaycanda aqrar məhsulların idxalı ixracı üstələyir

08.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycanda kənd təsərrüfatı məhsulları ixracı dəyər ifadəsində son 5 ildə 43%, son 10 ildə 2,9 dəfə artıb.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev "Gömrük Biznes Forumu 2025" adlı tədbirdə deyib.

O qeyd edib ki, kənd təsərrüfatı məhsulları ixracı 2025-ci ilin ilk 10 ayı üzrə 875,1 milyon ABŞ dolları təşkil edib və əsas ixrac məhsulları meyvə (57%), tərəvəz (23%) və pambıq lifi (16%) olub:

"2024 cü ildə kənd təsərrüfatı məhsulları idxalı 1,08 milyard ABŞ dolları və ixracı 948 milyon ABŞ dolları təşkil edib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью