Azərbaycanda aqrar sektor 1.5 % böyüyüb

17.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12995,2 milyon manat təşkil edib ki, onun da 6832,9 milyon manatı heyvandarlıq, 6162,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə kənd təsərrüfatının istehsalı 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7 faiz, bitkiçilik məhsulları üzrə isə 1,1 faiz artıb.

Qeyd edək ki, 2024-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 659 min ton ət, 2298,5 min ton süd, 2300,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü illə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,1 faiz artmış, yun istehsalı 2,2 faiz, barama istehsalı 32,9 faiz azalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью