Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur.
Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçilik məhsullarının istehsalı isə 3,1 % çoxalıb. Məhsulun 50 %-i bitkiçiliyin, 50 %-i heyvandarlığın payına düşüb.