Azərbaycanda aqrar sığorta ödənişləri 46 %ə yaxın artıb

14.01.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

2024-cü ildə Aqrar Sığorta Fondu 6,4 milyon manat sığorta ödənişi həyata keçirib.

"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bildirib.

Onun sözlərinə görə, bu, 2023-cü illə müqayisədə 45,5 % çoxdur.

"Kəskin artım iqlim dəyişiklikləri fonunda baş verib. Bu ilin ilk 10 günündə isə 500 min manata yaxın sığorta ödənişi həyata keçirilib", - deyə sədr müavini qeyd edib.

Bundan başqa, Fond rəsmisi deyib ki, ötən il bağlanmış sığorta müqavilələrinin sayında 11 %, fermerlərin sayında isə 38 %-ə yaxın artım olub: "Bu da fermerlərin aqrar sığortaya marağının getdikcə artığını göstərir".

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью