Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Saatlıda arılar kütləvi şəkildə tələf olur...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, arıçılar bildirirlər ki, arı ailələrinin yarıdan çoxu məhv olub.
Onların sözlərinə görə, mövsümdənkənar yumurta qoyulması varratoz xəstəliyinin yayılmasına və arı balalarının məhv olmasına gətirib çıxarıb: Arıçılar qeyd edirlər ki, hazırda çərçivələrdə qış üçün ehtiyat yem mövcuddur.
Lakin ailələrin zəifləməsi onların qışdan sağ çıxmasını sual altına alır.
Onların sözlərinə görə, vəziyyətdən çıxış yolu arı ailələrinin izolyasiya edilməsi və varratoz gənələrinə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsidir.
Saatlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayon üzrə ümumilikdə 1233 arı ailəsi mövcuddur.
Mövsüm vaxtı hər arı ailəsindən orta hesabla 15-20 kiloqram bal istehsal olunur.
Hazırda arı təsərrüfatlarında arı xəstəliklərinin, xüsusilə varroatoz xəstəliyinin yayılması müşahidə olunur.