Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqov Zəngilan rayonunun Ağalı kəndində Qubadlı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.
"Cebheinfo.az" xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən əkin sahələrinin və arıçılıq təsərrüfatlarının sığortalanması, sığorta tarifləri, sığorta haqlarının hesablanması və digər məsələlərlə bağlı olub.
Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Bildirilib ki, arıçılıq təsərrüfatlarının sığortalanması ilə bağlı layihə ASF tərəfindən hazırlanaraq razılaşdırılması üçün müvafiq qurumlara təqdim edilib.
Razılaşdırma prosesi başa çatdıqdan sonra arıçılıq təsərrüfatlarının da aqrar sığorta mexanizminə cəlb edilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta fermer və təsərrüfatlar üçün mühüm təminat mexanizmidir.
Sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi fermerlərə sərfəli şərtlərlə təsərrüfatlarını və əkin sahələrini müxtəlif risklərdən qorumaq imkanı yaradır.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermerlər aqrar sığorta mexanizmindən istifadə edərək öz təsərrüfatlarını sığortalaya bilərlər.
Qəbuldan sonra Fuad Sadıqov Zəngilan rayonunda salınmış intensiv şaftalı və ərik bağlarına baş çəkib, burada aparılan aqrotexniki tədbirlərlə tanış olub.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin