Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər ölkədə mədəkiçiltmə əməliyyatları zamanı ölüm və ciddi sağlamlıq problemləri ilə bağlı hallar artıb.
Xüsusilə xanımlar arasında arıq və zərif görünmək arzusu bu əməliyyata marağı artırır.
Lakin bəzi hallarda əməliyyatın fəsadları faciəli nəticələrə gətirib çıxır.
Məsələn,"Bakıda mədəkiçiltmə əməliyyatı olunan qız qəfil öldü" ,"“Universal” Hospitalın baş həkimi mədəkiçiltmə əməliyyatından sonra komaya düşüb ","Bakı şəhərində mədəkiçiltmə əməliyyatı keçirən qadın dünyasını dəyişib" kimi xəbərlərin sayı getdikcə artır.
Mədəkiçiltmə əməliyyatlarında ölüm hallarının artmasının səbəbi nədir?
Mövzu ilə bağlı "Cebheinfo.az" -a açıqlama verən tibb üzrə ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, əsasən iradəsi zəif insanlar mədəkiçiltmə əməliyyatına müraciət edir: "Bəzən insanlar öz iradəsi zəif və tənbəl olduqda, düzgün qidalanma və fiziki fəaliyyətlə çəki itirməyi bacarmırlar.
Ona görə də mən mədəkiçiltmə əməliyyatını etdirən insanları tənbəl hesab edirəm.