Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. 5 iyun "Ətraf Mühitin Mühafizəsi Günü" olaraq qeyd edilir.
Ətraf mütühi isə çirkləndirən bir çox tullantılar var. Salafan paketlər, uşaq bezləri, plastik su qabları və s.
bütün bunlar ekologiya üçün ciddi təhdid sayılır. Bəs biz ətraf mühiti qorumaq üçün nələr etməliyik?
Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ətraf mühitin qorunması məsələsi əslində Yer kürəsinin, təbiətin məhv edilməsi kimi qlobal məsələdir: "Azca dindən xəbəri olan bilir ki, Qurani-Kərimin bütün çağırışlarında insanları dünyanı dağıtmamağa çağırışlar var.
Hətta deyilir ki, Allah yolunda nə iş görürsənsə, israf etmə. COP29-un mahiyyəti nə idi?
O demək idi ki, ey insanlar, toplaşın və qərar qəbul edin. Yer kürəsini dağıtmışıq.
Bu iki məsələni uyğunlaşdırıram ki, bəzi adamlar bizim müqəddəs kitabımızda elm axtarır. Deyirlər ki, elm yoxdur.
Elm budur ki, yaşadığın kürəni dağıtma. İnsanlar çox ayrı davranış göstərməlidirlər.