Azərbaycanda avtobus aşdı 20 yaralı VAR

09.07.2025

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Ağdam-Füzuli yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, qəza bu gün saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində qeydə alınıb.

“Ford” markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində mikroavtobusda olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью