Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşüb.
"Yeni Sabah" xəbər verir ki, hadisə Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "Toyota" markalı avtomobil sərt döngədə idarəetməni itirərək maşını 20 metr dərinlikdə olan dərəyə aşırıb. Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. pizza sifarişi
Hazırda əraziyə polis əməkdaşları cəlb olunub, avtomobilin dərədən çıxarılması istiqamətində işlər aparılır./Report