Azərbaycanda avtomobil istehsalı azaldı

12.09.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin yanvar–avqust aylarında avtomobil istehsalı sahəsində azalma qeydə alınıb.
Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat müddətində 2 309 ədəd minik avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% azdır.

Yük avtomobillərinin istehsalı isə daha kəskin azalıb – cəmi 220 ədəd yük maşını buraxılıb və göstərici əvvəlki illə müqayisədə 43,6% geriləyib.
Anbarlarda cəmi 16 minik, 61 yük avtomobili var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью