Azərbaycanda avtomobil istehsalı kəskin artdı

19.11.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-oktyabr aylarında 643,7 milyon manatlıq məhsul istehsal edilib.

Axar.az Valyuta.az-a istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz artıb.

2024-сü ilin yanvar-oktyabr aylarında 4 min 433 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 min 57 ədəd çox minik avtomobili istehsal olunub.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 14,7 faiz azalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью