Azərbaycanda avtomobil kreditləri bahalaşıb

29.01.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin sonuna Azərbaycanda avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 13 % təşkil edib.

"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 3 faiz bəndi yüksəkdir.

Məlumata görə, mənzil təmiri üçün verilən istehlak kreditləri üzrə faiz dərəcəsi 2025-ci ilin sonunda 18 % (2024-cü ilin sonuna olan göstəriciyə nisbətən +2 faiz bəndi) təşkil edib.

Hesabat ili ərzində məişət avadanlıqlarının alınması üçün verilən kreditlərin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 26 % olub.

Kredit kartları vasitəsilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi dəyişməyərək 26 % təşkil edib.

Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 2025-ci ilin sonunda 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2 faiz bəndi artaraq 22 % olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью