Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 3 milyard 58,2 milyon manat məbləğində avtomobil yanacağı alıblar.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin müvafiq ayları ilə müqayisədə avtomobil yanacağı satışından əldə edilən gəlir 4 faiz və ya 273,1 milyon manat artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil yanacağı satışından 6 faiz gəlir əldə edilib.