Azərbaycanda Azercellin dəstəyi ilə keçirilən 15ci Davamlı İnnovasiya Forumu uğurla başa ç…
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. Ölkənin lider mobil operatoru davamlılıq və innovasiya mövzusuna həsr olunmuş mühüm sessi
13-14 noyabr tarixlərində Bakıda "Azercell Telekom" MMC-nin dəstəyi ilə keçirilən 15-ci Davamlı İnnovasiya Forumu uğurla yekunlaşdı.
İqlim dəyişikliklərinə həsr olunmuş qlobal tədbirlərin önəmli bir hissəsi olan bu forum biznes, maliyyə, dövlət qurumları və qeyri-hökumət təşkilatlarından 1000-ə yaxın sahə liderini bir araya gətirməyə müvəffəq oldu.
Forum iqlim problemlərinin həlli, davamlı inkişaf təşəbbüsləri və innovativ həllərin müzakirəsi üçün effektiv platforma rolunu oynadı.
Forumun əsas sessiyalarının birində Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva iştirak etdi.
Davamlı İnnovasiya Forumunun sədri Nik Qovinqin moderatorluğu ilə keçirilən sessiyada Ş.
Əliyeva Azercell-in ESG strategiyası haqqında danışaraq şirkətin davamlı inkişaf sahəsindəki məqsəd və nailiyyətlərini vurğuladı.
Şirin Əliyeva Azercell-in bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verdi.
Tam oxu
Xəbəri oxu