Azərbaycanda bank sektorundakı son vəziyyət açıqlandı

02.04.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Bu ilin mart ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankın 488 filialı, 89 şöbəsi və 3 274 ATM-i olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hesabat ayında bank sektorunda çalışanların sayı 0,7% və ya 182 nəfər artaraq 25 min 634 nəfərə çatıb.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 561,7 milyon manat, cəmi öhdəlikləri 46 milyard 748,4 milyon manat, balans kapitalı isə 6 milyard 813,2 milyon manat olub.
Fevral ayında bankların cəmi aktivləri 0,9% (470,9 milyon manat), cəmi öhdəlikləri 0,7% (346,1 milyon manat), balans kapitalı isə 1,9% (124,8 milyon manat) artıb. Hesabat ayında bankların kredit portfeli 0,3% və ya 77,7 milyon manat artaraq 27 milyard 592,4 milyon manat olub.
Bankların kredit portfelinin 53,5%-ni (14 milyard 777 milyon manat) biznes kreditləri, 31%-ni (8 milyard 544 milyon manat) istehlak kreditləri, 15,5%-ni (4 milyard 271,4 milyon manat) ipoteka kreditləri təşkil edib.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,6% təşkil edib.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80,9%-i və ya 37 milyard 837 milyon manat. Depozit portfelinin 61,6%-i (23 milyard 311,7 milyon manat) hüquqi şəxslərin, 38,4%-i (14 milyard 525,4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66,4%-i (9 milyard 649,2 milyon manat) milli valyutada, 33,6%-i (4 milyard 876,1 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin fevral ayında ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz bəndi azalaraq 33% təşkil edib.
2025-ci ilin fevral ayında banklar 179,4 milyon manat xalis mənfəət, 275,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью