Azərbaycanda bankların vəziyyəti necədir? Rəqəmlər

25.09.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur. 

Bankların cəmi öhdəlikləri isə illik müqayisədə 12,6% artaraq sözügedən dövrə 54 mlrd 722,7 mln manat təşkil edib. Cəmi kapital isə  9,5% artım nümayiş etdirib və 7 mlrd 753,2 mln manat olub.

Cari ilin avqustun sonuna banklar tərəfindən müştərilərə verilən kreditlərin həcmi 32 mlrd 824,2 mln manat olub ki, bu da ötən ilin avqustu ilə müqayisədə 14,3% artım deməkdir.

Əhali və biznes tərəfindən banklarda yerləşdirilən depozitlər 1 il ərzində 14,4% artıb və portfel 41 mlrd 792,5 mln manat təşkil edib.

Bu ilin ilk 8 ayının yekununda bank sektorunun cəmi mənfəəti 1 mlrd 195,5 mln manat təşkil edib. Ümumilikdə, 245,8 mln manat vergi ödənildikdən sonra qalan xalis mənfəət 949,7 mln manat təşkil edib.

Qeyd edək ki, hazırda bank sektorunda 2 dövlət, 19 özəl olmaqla 21 bank fəaliyyə göstərir.

Könül

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью