Azərbaycanda baş məşqçi futbolçuları təhqir edib, ara qarışıb

09.11.2024

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

I Liqanın debütantı “Baku Sportinq”də gərginlik günbəgün artmaqdadır.

News24.az xəbər verir ki, artıq Elman Sultanovla futbolçular arasında münasibətlər pozulub.

Buna səbəb baş məşqçinin kobud davranış tərzidir. Buzovna təmsilçisində ikinci mövsümünü keçirən mütəxəssis növbəti dəfə oyunçulara “dişinin dibindən çıxanı” deyib. Hadisə paltardəyişmə otağında baş verib.

Sultanov burada 2-3 nəfəri çox pis formada təhqir edib. Onlar da çalışdırıcıya o formada cavab qaytarıb (sportinfo.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью