“Azərbaycanda basketbol inkişaf edir”

07.05.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Quba”nın gürcü legioneri Levan Qoqaladze klubun mətbuat xidmətinə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, o, komandanın çıxışını dəyərləndirib:

– “Quba” üçün sezon pley-in mərhələsində başa çatdı. Komanda “Ordu”ya məğlub olaraq, iştirakını dayandırdı. Səncə, nəyə görə komanda uduzdu?
– Bu, yaxşı və yaxın seriya idi. Təəssüf ki, komandaya kömək edə bilmədim. Üstəlik, ilk oyunda Zaur Paşayev meydana çıxa bilmədi. Fikrimcə, həmin seriyada meydana olsaydım, indi pley-offda oynayardıq.

– “Ordu”ya qarşı keçirilmiş görüşlərdə zədəli olduğun üçün iştirak etmədin. Birinci oyundan öncə məşqdə zədələnmişdin və başına tikil atılmışdı. İndi durumun necədir?
– Bəli, qeyd etdiyim kimi komandaya kömək edə bilmədim. Oyundan öncə keçirilən məşqdə uğursuzluq yaşadım. Başımdan zədələndim və tikiş atıldı. İndi özümü yaxşı hiss edirəm.

– Artıq üç ildir ki, Azərbaycanda legioner həyatı yaşayırsan. Azərbaycan basketbolunda inkişaf görürsən?
– Azərbaycanda basketbol inkişaf edir. Fikrimcə, oyunlara daha çox uşaq gətirmək lazımdır. Həmçinin daha mütəşəkkil baş menecerlər və bu cür bəzi addımlar da liqanın xeyrinə işləyəcək.

– Gürcüstan və Azərbaycan basketbolunu necə müqayisə edərdin?
– Fikrimcə, xarici oyunçuların səviyyəsi demək olar ki, eynidir. Çünki Azərbaycanda oynamış bir çox oyunçu əvvəllər elə Gürcüstanda da çıxış edib. Bu iki ölkə klubları arasında fərq komandalardakı intizam və yerli oyunçulardadır.

– Səncə, “Quba” müntəzəm mövsümdə də nəyə görə uğursuz çıxış etdi? B qrupunda sonuncu yerdə olmasaz da, sondan bir pillə yuxarıda qərarlaşdınız…
– Diqqətimizi mövsümün sonuna fokuslamışdıq. Düzü, irəlidəki komanda ilə aramızda fərq də çox deyildi. Pley-in matçlarında göstərdik ki, tam heyətlə olmasaq belə, istənilən komandaya qarşı yaxşı mübarizə aparıb, yaxşı seriya əldə edə bilərdik.

– Yeni sezona da “Quba”da, ABL-də başlayacaqsan?
– Biz bunu hələ müzakirə etməmişik. Necə olacağını zaman göstərəcək. Mən baş məşqçimiz Şəhriyar Əsgərova və kapitanımız Zaur Paşayevə hörmətlə yanaşıram. Onlara hər zaman ən yaxşısını arzulayıram.

– Səncə, ABL-də hansı komanda çempion olacaq?
– Məncə, “Sabah” yenə qalib gəlmək üçün favoritdir. Baş məşqçi Rimas Kurtinaytis çox yaxşı komanda qurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью