Azərbaycanda bədbəxt hadisə: 2 yaşlı körpə...

28.01.2025

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Ağdaşda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Sfera.az xəbər verir ki, hadisə yanvarın 26-da saat 20:30 radələrində Ağdaş şəhərində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Kamran Şükran oğlu İsayev kəskin tənəffüs çatışmazlığı və bronxit bronxosdisiyası diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.

2 yaşlı körpənin nəfəs borusunda badam qırıntıları qaldığı məlum olub.

Körpə yanvarın 27-də saat 13 radələrində xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью