Icma.az, Qol.az portalına istinadən məlumat verir.
18-20 aprel tarixlərində Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək.
QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını sərgiləyəcəklər.
Ənənəyə uyğun olaraq bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.