Azərbaycanda belə yer varmış Təbiətin gizlətdiyi möcüzə VİDEO

22.08.2026

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın dağlıq ərazilərində hələ kütləvi turizm marşrutlarına daxil olmayan, təbiət həvəskarları üçün xüsusi maraq doğuran məkanlar var. Onlardan biri də İsmayıllı rayonunun Burovdal kəndi ətrafında yerləşən Babadağ kanyonu və Mərc dərəsidir.

Mərc dərəsi Babadağ ətrafındakı dağlıq relyefin bir hissəsi kimi tanınır. Ərazi İsmayıllı rayonunun şimal hissəsində, Burovdal kəndi ətrafında, Babadağ silsiləsinin ətəklərində yerləşir.

Burovdal kəndi rayonun şimal istiqamətində sonuncu kəndlərindən biridir və dəniz səviyyəsindən təxminən 1634 metr yüksəklikdədir. Burovdal–Qurbangah–Babadağ istiqamətindəki marşrutun uzunluğu təqribən 31,53 km, yürüş məsafəsi 8,38 kilometrdir. Ərzaiyə Lahıc–Burovdal tərəfdən çıxışlar mövcuddur.

Əraziyə gedən yolda rayon camaatı üçün yaylaqlar da mövcuddur. Yolüstü heyvan sürüsü ilə də qarşılaşa bilərsiniz.

Mərc dərəsinə və Babadağ kanyonuna səyahət etmək istəyənlər üçün adi avtomobildən daha çox yolsuzluq avtomobili və təcrübəli bələdçi uyğun seçimdir. Müəyyən məsafədən sonra kanyonun daxilində relyefə uyğun olaraq piyada hərəkət tələb olunur.

Mərc dərəsinin əsas özəlliyi onun kütləvi turizm marşrutlarından uzaq qalmasıdır. Ərazi daha çox dağ yürüşü, off-road və təbiət həvəskarlarının diqqətini çəkir./Yeni Sabah

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью