Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29da keçiriləcək VİDEO AZƏRTAC

28.11.2024

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin gələn il yanvarın 29-da keçirilməsinin məqsədəuyğun hesab edildiyini bildirib. Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью