Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlandı

27.11.2024

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Noyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.

News24.az xəbər verir ki, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin gələn il yanvarın 29-da keçirilməsinin məqsədəuyğun hesab edildiyini bildirib. Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью