Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlir 7 faizədək artıb AZƏRTAC

13.12.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 3 milyard 120,4 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,9 faiz artıb.

Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,8 faiz gəlir əldə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью