Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirin HƏCMİ

17.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 3 milyard 120,4 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,9 faiz artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,8 faiz gəlir əldə edilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью