Azərbaycanda benzin və dizellə bağlı rəsmi məlumat

15.08.2025

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 060,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında deyilir.

Hesabata əsasən, hesabat dövründə neft məhsullarından ağ neft istehsalı 10,6%, qazoylların (dizel yanacağının) istehsalı 3,9%, neft koksunun istehsalı 5,8% artıb.

Qeyd olunur ki, yanvar-iyul aylarında ölkədə avtomobil benzini istehsalı 3,8%, sürtkü yağları istehsalı isə 42,2% azalıb.

Azərbaycanda istehsal olunan neftməhsulları:

 

Məhsul növləri

2025-ci ilin yanvar-iyul aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı Avtomobil benzini, min ton 811 96,2 53,8 Ağ neft, min ton 404,8 110,6 53,7 Qazoyllar (dizel yanacağı), min ton 1 386 103,9 143,9 Mazut, min ton 56,6 4,3 d. 0,9 Sürtkü yağları, min ton 21,9 57,8 2,2 Maye qazlar, min ton 133,6 116,7 3,2 Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton  

476

 

73,2

 

47,9

ondan:

neft bitumu, min ton

141,4 95,5 8,7 neft koksu, min ton 127,5 105,8 38,9

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью