Azərbaycanda beş sosial islahat paketinin icrası üçün illik 7,6 milyard manat əlavə vəsait ayrılıb

13.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Dövlət başçısı İlham Əliyevin fərman və sərəncamları ilə 2018-25-ci illərdə dörd milyondan çox vətəndaşı əhatə edən beş sosial islahat paketi icra olunub".

Oxu.Az xəbər verir ki, bunu 2025-ci ildə həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına dair brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

O bildirib ki, bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7.6 milyard manat təşkil edir.

R.Mustafayev vurğulayıb ki, vətəndaş rifahının təminatı, sosial müdafiə sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biridir.

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью