Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24 ə çatıb

09.09.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.

Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, bu il mayın 20-24-də Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan Samil Fəttayev və Nihad Muradov imtahandan uğurla keçərək kateqoriyalarını yüksəldiblər.

Buna qədər milli kateqoriyada daxili yarışlarda görüşləri idarə edən Nihad Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusuna yüksəlib. Samil Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəyə çatıb.

Bununla da Azərbaycanın beynəlxalq güləş hakimlərinin sayı 24-ə çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью