Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq

17.09.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükəli olduğu müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Texniki tənzimləmə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Bununla bağlı qanunvericiliyə yeni maddə əlavənin edilməsi təklif olunur.

Layihədə qeyd olunur ki, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun olaraq həyata keçirilir.

Dəyişiklik insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallar barəsində görüləcək tədbirlərin hüquqi əsasını müəyyən edir. Yeni maddəyə əsasən, belə malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Sadalanan tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun olaraq həyata keçiriləcək.

Dəyişiklik təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısının alınmasına yönəlib.

Layihə təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli qurum tərəfindən müəyyən olunmasını nəzərdə tutur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью