Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq YENİ QAYDALAR

16.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükəli olduğu müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək.

"Cebheinfo.az" President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qaydalarına uyğun olaraq həyata keçirilir.

Dövlət başçısı "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.

Fərmana görə, yeni qanunda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum dedikdə Nazirlər Kabineti nəzərdə tutulur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью