Azərbaycanda bəzi məktəblər bağlanacaq? Nazirdən açıqlama

12.12.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycanda məktəblərdə müəllim çatışmazlığı yoxdur".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ölkəmizdə 4500-ə yaxın məktəb binası var:

“İstismar müddəti başa çatmış məktəblərlə bağlı iş hər il davam etdirilir. Mərhələli şəkildə bu iş bitəcək. Eyni zamanda azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir.

Məktəblərin bağlanmasından söhbət gedə bilməz. Sadəcə elə məktəblər var ki, cəmi 2-3 şagirdi var. Həmin şagirlərin keyfiyyətli təhsil alması üçün bəzi məktəblər birləşdirilir”.

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью