Azərbaycanda bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək PROQNOZ

20.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Aprelin 21-də Bakı və Abşeron yarımadasında gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu: Gecə: 10-12° isti Gündüz: 16-21° isti Atmosfer təzyiqi: 761 mm civə sütunu Nisbi rütubət: Gecə: 70-75% Gündüz: 50-55%

Azərbaycanın rayonlarında hava proqnozu

Əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağış və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu: Gecə: 6-11° isti Gündüz: 20-25° isti Dağlıq ərazilərdə: Gecə: 2° şaxtadan 3°-dək isti Gündüz: 8-13° isti
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью