Azərbaycanda bir ay əvvəl yaradılan şirkət ləğv edildi

07.02.2025

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Biryol Group" MMC ləğv edilir.

Valyuta.az xəbər verir ki, bu barədə MMC-nin  fevralın 5-də keçirilən ümumi Yığıncağında, hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1018, Bakı Şəhəri, Suraxanı Rayonu, Hövsan ŞTQ, ZIĞ ŞTQ, ev.6, m.22 ünvana bildirə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью