Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
2026-cı ilin aprel ayı ərzində Ağdam və Füzuli rayonlarında fəaliyyət göstərən bir sıra bələdiyyələr tərəfindən yeni reqlamentlər qəbul olunub.
“Cebheinfo.az”ın əldə etdiyi məlumata görə, bu reqlamentlər Azərbaycan tarixində ilk dəfə olaraq müasir idarəetmə prinsiplərini, süni intellekt, innovasiya və rəqəmsallaşma sahələrində yerli proqramların tətbiqini əhatə edir.
Sənədlərdə həmçinin bələdiyyələrin yaşıl energetika layihələrində iştirakı, daha dəqiq büdcə layihələndirilməsi, eləcə də kənar auditin təşkili və şəffaflığın artırılması məsələləri yer alıb.
Qəbul edilən reqlamentlər çərçivəsində yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha səmərəli təşkili və müasir çağırışlara uyğunlaşdırılması nəzərdə tutulur.
Reqlament qəbul edən bələdiyyələr arasında Ağdam rayonu üzrə Qaradağlı, Zəngişalı, Quzanlı, Xındırıstan və Əhmədağalı bələdiyyələri yer alır.
Füzuli rayonu üzrə isə Əhmədalılar, Horadiz, Kərimbəyli, Böyük Bəhmənli, Bala Bəhmənli və Əhmədbəyli bələdiyyələri müvafiq sənədləri təsdiqləyiblər.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin