Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edilib

19.03.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankı (AMB) 1 fiziki şəxsə - Həsənov Habil Ata oğluna verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

Bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar martın 13-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.8-ci maddəsinə müvafiq olaraq (fiziki şəxs olan lisenziya sahibi məqbul, lazımi keyfiyyətlərə malik olmadıqda və yaxud öldükdə) ləğv olunub.

​​​​​​"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью