Icma.az bildirir, Sia Az portalına istinadən. 2024-cü ildə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 35 % (2
SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə sabitliyi hesabatı"nda bildirilib.
Sənədə əsasən, hesabat dövründə istehlak kreditləri üzrə artım 41 % (150 milyon manat), ipoteka kreditləri üzrə artım 3,5 dəfə (31 milyon manat), biznes kreditləri üzrə artım isə 12 % (27 milyon manat) olub.
Beləliklə, ötən ilin sonuna BOKT-lərin kredit portfelinin 63,4 %-i (512 milyon manat) istehlak kreditləri, 5,3 %-i (43 milyon manat) ipoteka kreditləri, 31,3 %-i isə (253 milyon manat) biznes kreditləri olub.
Biznes portfelinin 32 %-i (80 milyon manat) ticarət sahəsinə, 22 %-i (55 milyon manat) kənd təsərrüfatı sahəsinə, 20 %-i (51 milyon manat) digər qeyri-istehsal və xidmət sahəsinə, 18 %-i (46 milyon manat) nəqliyyat sahəsinə, 8 %-i isə (21 milyon manat) digər sahələrə verilmiş kreditlərindən ibarətdir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.