Azərbaycanda borc içində “üzən” klub sponsorsuz qaldı

23.10.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mingəçevir" himayədarsız qalıb.

Sportal.az "Sportinfo.az"a istinadən xəbər verir ki, bu ilin iyulunda klubu sponsorluğa götürmüş şəxslər geri çəkilib.

Onlarla imzalanmış tərəfdaşlıq müqaviləsinə xitam verilib. Səbəb həmin çevrənin klub qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsidir.

Belə ki, sponsorlar ötən müddət ərzində "işıqçılar"ın heç bir problemini həll etməyib, xüsusən maliyyə baxımından.

I Liqa təmsilçisi hazırda borc içindədir. Ötən mövsümdən yığılıb qalan 190 min manat borcu ödəməyi yeni tərəfdaşlar öz üzərinə götürməyə razılıq vermişdi.

Di gəl, vədlərini yerinə yetirməyiblər. Odur ki, AFFA SOCAR tərəfindən kluba ayrılan ayrılıq yardım paketinə "stop" qoyb.

Bu vəziyyət 2 aydan artıqdır davam edir. Nəticədə komanda üzvləri maaş üzünə həsrət qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью