Azərbaycanda boşanmalar ilk dəfə 50 faizi keçib

27.10.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Azərbaycanda boşanmaların sayı nikahların sayının 50,1 faizini təşkil edib.

Gununesi.info xəbər verir ki, bu ilin ilk 8 ayında ölkədə 26 min 485 nikah və 13 min 278 boşanma qeydə alınıb.

Boşanmaların sayı nikahların sayının 50,1 faizini təşkil edib. Yəni qeydə alınan hər 100 nikaha qarşı təxminən 50 boşanma düşüb.
Ötən ilin eyni dövründə isə 31 min 403 nikah və 13 min 869 boşanma qeydə alınmışdı.
Rəqəmlər göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə boşanmaların sayı ciddi dəyişməsə də, nikahların sayı azalıb.

Gununesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью