Azərbaycanda bostan məhsullarının istehsalı 11 faiz artıb AZƏRTAC

26.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 490 min ton bostan məhsulu istehsal olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təsərrüfatlarda yetişdirilən bostan məhsullarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz çoxdur.

Azərbaycanda bostan məhsullarının becərilməsi dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına görə, növbəti təsərrüfat ilindən müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilən bostan məhsullarına görə fermerlərə hər hektara 280 manat əkin subsidiyası veriləcək.

Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə bostan bitkiləri becərən fermerlər isə hər hektar əkin sahəsinə görə 220 manat subsidiya alacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью