Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyrək köçürülməsi əməliyyatlarının robotik üsulla icrası nəzərdə tutulur.
Modern.az xəbər bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə jurnalistlərin suallarını cavabandırarkən bildirib.
Vüqar Qurbanov, bəzi hallarda, xüsusilə piylənməsi olan xəstələrdə klassik cərrahi üsullar daha riskli hesab olunduğunu, lakin son texnoloji nailiyyətlər sayəsində robotik cərrahiyyə bu tip əməliyyatların daha təhlükəsiz şəkildə həyata keçirilməsinn imkan verdiyini qeyd edib.
Eyni zamanda vurğulanıb ki, ürək köçürülməsi əməliyyatlarının da müvafiq lisenziyalaşdırma prosesindən sonra robotik üsulla icrası mümkün olacaq.