Azərbaycanda bu ailələrə yeni mənzillər veriləcək

03.12.2025

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tərtər və Bərdə rayonlarında əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələrinə yeni mənzillər veriləcək.

Tribuna xəbər verir ki, bu barədə İqtisadiyyat.az Sosial Xidmətlər Agentliyindən məlumat əldə edib.

Məlumata görə, bu kateqoriyadan olan şəxslər üçün Tərtər rayonunda 4 ədəd üçotaqlı, Bərdə rayonunda isə 8 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulub.

Həmin mənzillərin hər birinin qiyməti 75 583 manat müəyyənləşib.

Ümumilikdə isə 12 ədəd üçotaqlı mənzilin satınalınması 907 min manata başa gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью