Azərbaycanda bu avtomobil şirkəti ləğv edilir

03.12.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"European Cars" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat dərc edib.

Məlumata görə, şirkət "Dream Auto" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulur. Bununla da "European Cars" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunur.

Qeyd edək ki, "European Cars" Məhdud Məsuliyyətli Cəmiyyəti 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Vüqar İmaməli oğludur.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью