Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatır.
Sözügedən güzəştlər sayəsində son illərdə ölkəmizin avtoparkında əhəmiyyətli dərəcədə yenilənmə baş verib.
Hər il on minlərlə hibrid və elektromobilin ölkəyə gətirilməsi nəticəsində minlərlə köhnə və texniki cəhətdən nasaz nəqliyyat vasitəsi daha müasir və ekoloji baxımdan üstün avtomobillərlə əvəz olunub.Bakupost.az xəbər verir ki, modern.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov qeyd olunan güzəştlərin ləğvi əslində arzuolunan olmadığını deyib.“Çünki bu güzəştlərin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın avtomobil parkını yeniləmək, ekoloji cəhətdən daha təhlükəsiz və müasir texnologiyalara əsaslanan, ətraf mühitə az zərər vuran avtomobillərin ölkəyə gətirilməsinə stimul vermək idi”.Ə.Hüseynovun sözlərinə görə, hazırda ölkəmizdə avtomobil parkı çox köhnəlib:“Azərbaycanda istismarda olan avtomobillərin 85 faizindən çoxu 10 ildən artıq yaşı olan nəqliyyat vasitələridir.
Avtobus və yük avtomobillərinin vəziyyəti isə daha da acınacaqlıdır.
Bu kateqoriyalarda həm avtomobillərin yaşı daha çoxdur, həm də onların texniki vəziyyəti daha bərbaddır.
Yük avtomobillərində isə müşahidə olunan vəziyyət xüsusilə narahatlıq yaradır”.O həmçinin vurğulayıb ki, avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var:“Bu məqsədlə utilizasiya proqramı da qəbul olunub və artıq qeyd edilən istiqamətdə müəyyən addımlar atılıb.
Bir tərəfdən köhnə avtomobillərin utilizasiyası, digər tərəfdən isə elektromobillərə və ekoloji nəqliyyat vasitələrinə tətbiq edilən gömrük və vergi güzəştləri bu prosesi sürətləndirə bilərdi”.Nəqliyyat eksperti eyni zamanda nəzərə çatdırıb ki, əvvəlki illərlə müqayisədə bu il xüsusilə Çin istehsalı olan avtomobillərə maraq daha da artıb.